Fransadakı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen azadlıqdan məhrum edilməsinə və növbəti prezident seçkilərində namizədliyini irəli sürmək hüququndan məhrum edilməsinə dair çıxarılan hökmə qarşı hüquqi mübarizə aparacağını bildirib.
Gundemxeber.az xəbər verir ki, o, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) və Fransa Konstitusiya Şurasına müraciət etməyə hazır olduğunu açıqlayıb.
“Avropa İnsan Hüquqları Məhkəməsinə və Fransa Konstitusiya Şurasına müraciət edəcəyəm. Mövcud olan bütün hüquqi müdafiə vasitələrindən istifadə edəcəyəm. Mən geri çəkilməyəcəyəm”, - deyə Le Pen “Le Parisien” qəzetinə verdiyi müsahibədə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?