Fransa prezident seçkilərində mərkəzçi Emmanuel Macron ifrat sağçı Marine Le Pen-i böyük fərqlə məğlub edib. Nəticələrə əsasən 39 yaşlı cənab Macron səslərin 66.06 faizini toplayaraq 33.94 faiz qazanmış Marine Le Pen-i məğlub edib və Fransanın ən gənc prezidenti olub. O, 1958-ci ildə yaranmış müasir respublikanın ənənəvi siyasi partiyalarının namizədi olmayan ilk prezidentidir. Cənab Macron Fransanın tarixində "Ümid və yenilənmiş inamın səhifəsi" olmaq istədiyini deyib. Fransanın daxilində mövcüd olan "bölücü qüvvələrə" qarşı mübarizə aparmağı vəd edən cənab Macron, Fransanın birliyini təmin etməyə və Avropanı müdafiə etməyə öz "qarantiyasını" verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?