GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir

Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir

Tarix: 7-08-2025, 23:35 Bölmə :Müsahibə Baxış: 157

Rus bölmələrinin bağlanması artıq şərt oldu:
Son günlər ölkədə fəaliyyət göstərən məktəblərin rus bölmələri, eləcə də rus məktəblərinin bağlanacağı ilə bağlı fikirlər səslənsə də, bu, hələ real deyil.

Bu gün Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156–160 min nəfərdir.
Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ancaq bu gün məktəblərin rus bölmələrində müəllim çatışmazlığı özünü göstərir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin nəticələri aşağı olur:

“Rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50–60-dır. Azərbaycan bölməsi üzrə isə bu göstərici 80-dən yuxarıdır. Bu səbəbdən də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur oluruq, çünki alternativ yoxdur”.

Məktəblərdəki rus bölmələri müəllim çatışmazlığına görə tədricən bağlana bilərmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, pedoqoji kadrlar hazırlayan universitetlərdə qəbul balı daha da yüksəlib:

“Artıq bu ixtisasa qəbul balı 600 bala çatıb. Ancaq son 5 ildə pedoqoji kadrlar hazırlayan universitetlərdə rus bölmələri üzrə müəllimlik ixtisasını seçən yoxdur. Çünki tədrisin keyfiyyəti çox aşağıdır. Ona görə ki, 5-ci sinifdən sonra müəllim çatışmazlığı var. Bu müəllim çatışmazlığı da ali məktəblərə qəbul vaxtı özünü göstərir.

Yəni o məzunlar qəbul vaxtı çox aşağı bal toplayırlar. İndiyə qədər valideynlər düşünürdülər ki, övladını rus bölməsinə qoyacaq və az balla hansısa ali təhsil müəssisəsinə qəbul ola biləcək. Ancaq təcrübə göstərir ki, bu cür “oyunlar” artıq keçmir. Artıq xarici dil kimi əksəriyyət ingilis dili qruplarını seçir.

Çünki ən çox pedaqoji kadrlar hazırlayan Azərbaycan Dövlət Pedoqoji Universiteti artıq ingilis dilində də müəllimlər, hətta ibtidai siniflər üçün ingilis dili müəllimi hazırlayır. Ona görə də 5-ci sinifdən sonrakı ixtisas fənn müəllimləri- fizika, riyaziyyat, biologiya, kimya, tarix üzrə kadr yetişmir”.

O deyib ki, rus bölmələrinin bağlanmasının əsas səbəbi də məhz bununla bağlı ola bilər:

“Bu məsələni Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə əlaqələndirənlər var idi. Ancaq rus bölmələri ilə yaranan problem 5 ildir ki, davam edir. Yəni pedaqoji kadrlar yetişmədiyindən, rus bölmələrində ixtisaslı müəllimlər yoxdur.

İbtidai sinif müəllimləri güclə “yola verirlər”. Eyni zamanda, son dövrlər müəllimlərin işə qəbulu imtahanı da var ki, gənclər bu kimi imtahanları da nəzərə alıb pedaqoji ixtisaslara maraq göstərmirlər”.

Ekspertin sözlərinə görə, son 10 ilə qədər belə bir fikir formalaşmışdı ki, rus bölmələrində intellektli, savadlı şagirdlər yetişir:

“Ancaq təcrübə göstərdi ki, artıq müəllimlər azaldıqca, bu sahəyə diqqət azaldı. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Elm və Təhsil Nazirliyinin belə bir öhdəliyi yoxdur ki, rus bölmələrini xüsusi olaraq dərs vəsaitləri ilə təmin eləsin.

Ona görə də bu sahə artıq tədricən sıradan çıxmaq üzrədir. Məsələn, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərə hər il Azərbaycan dövlətinin vəsaiti hesabına dərs vəsaitləri göndərilir. Azərbaycan hökuməti bunu öhdəliyinə götürür. Ancaq bu gün Azərbaycanda fəaliyyət göstərən 340 rus bölməsinə Rusiya dövləti tərəfindən heç bir dərs vəsaiti daxil olmur.

Ona görə də mən düşünürəm ki, yaxın 3-5 il ərzində rus bölmələri tamamilə sıradan çıxacaq. Bizim Konstitusiyaya görə, ETN üzərində ancaq Azərbaycan dilində tədrisə görə məsuliyyət var. Hərçənd ki, Azərbaycan dövləti rus bölmələrinə yardım edir.

Bu gün rus bölmələrində sıxlıqla bağlı şikayət var. Çünki müəllim olmadığı üçün siniflərdə sıxlıq yaranır. Məsələn, bir sinifdə 40-45 şagird təhsil alır. Rus bölmələrində ibtidai sinif, fənn müəllimləri çatışmadığı üçün sıxlıq var. Elm və təhsil naziri də etiraf etdi ki, bizim onları xüsusi siniflə, dərs vəsaitləri ilə təmin etmək öhdəliyimiz yoxdur. Həqiqətən də Azərbaycan bu sahədə dəstək olur, ancaq öhdəliyi yoxdur”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus dilində tədris davam etdiriləcək? - Təhsil naziri əmr imzaladı

    Rus dilində tədris davam etdiriləcək? - Təhsil ...

    28-09-2018, 20:51

  • 
  • Rus rublu Çin səddini aşdı

    Rus rublu Çin səddini aşdı ...

    8-12-2013, 23:34

  • 
  • Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb ...

    4-06-2013, 20:01

  • 
  • Ceyhun Bayramov da narazılıq yaradır... - ŞİKAYƏT

    Ceyhun Bayramov da narazılıq yaradır... - ŞİKAYƏT ...

    16-07-2018, 22:43

  • 
  • Magistraturaya qəbul planı artırıldı

    Magistraturaya qəbul planı artırıldı ...

    6-06-2017, 11:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu