Çinin Suyfenxe şəhərində pravoslav kilsəsi fəaliyyət göstərir, həmçinin yerli televiziyada rus dilində veriliş də yayımlanır
İqtisadiyyat Çin rəhbərliyi Suyfenxe sərhəd şəhərində rus rublu ilə alver etməyə razılıq verib. ANS PRESS-in Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, Suyfenxe xarici valyutanın istifadəsinə razılıq verən ilk şəhər kimi Çin tarixinə düşüb.
Çin Xalq Respublikasının dövlət şurasının fərmanına əsasən həmin şəhərdə rus rublu ilə alver etmək olar. Həmçinin rus rublunun yerli banklarda yatırılmasına da icazə verilib.
Xatırladaq ki, əhalisinin sayı 60 min nəfər olan Suyfenxe şəhəri Çinin şimal-şərqində Rusiyanın Primorsk diyarı ilə sərhəddə yerləşir. Bu şəhər rus turistlərinin ən çox alver etdiyi şəhər kimi tanınır.
Elə bu baxımdan şəhərdə pravoslav kilsəsi fəaliyyət göstərir, həmçinin yerli televiziyada rus dilində veriliş də yayımlanır.
Sorğu
Yeni dizaynımız necədir?