GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Dil Qanununu pozan KİV-lər bağlanmalıdır

Dil Qanununu pozan KİV-lər bağlanmalıdır

Tarix: 25-01-2014, 14:14 Bölmə :Müsahibə Baxış: 968
Dil Qanununu pozan KİV-lər bağlanmalıdır
AMEA Dilçilik İnstitutunun yeni direktoru - AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, türkoloq, professor Tofiq Hacıyevin “Axar.az”a müsahibəsini oxucularımıza təqdim edirik.


- Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının təkmilləşdirilməsi ilə bağlı hansı işlər görülür?

- Bununla bağlı çox böyük həcmdə yeni orfoqrafiya lüğəti hazırlanır. Əvvəlki nəşrdə xeyli qüsurlar vardı. Amma o qüsurları müzakirə eləmişik və nəticələr hamısı nəzərə alınıb. Prezidentin sərəncamı ilə bağlı o işləri tezləşdiririk. Prezidentin özü də lüğətlərin, dilin leksik, fonetik inkişafı ilə bağlı çıxışlar edib. Biz indi qərara gəlmişik ki, bu lüğətlər 3 ildən bir çap olunsun. Orfoqrafiya lüğətinə jurnalistika, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı hər gün təzə söz, termin daxil olur. Onları həmin lüğətə daxil edəcəyik. Yəni üç ildən bir dərc olunan kitabda həm yazılış qaydası (orfoqrafiyası) veriləcək, həm də yeni sözlər lüğətə daxil ediləcək. Tərcümə lüğətləri 5 ildən bir, amma orfoqrafiya və orfoepiya lüğətləri 2-3 ildən gec olmayaraq çap olunacaq. Bir sözlə, satışda həmişə lüğət olmalıdır.

Necə deyiriksə, elə də yazaq

- Əsas müzakirə olunan məsələlərdən biri də əcnəbi sözlərin, xüsusi isimlərin, internet ünvanların, sayt-portal adlarının yazılması məsələsidir.

- Mən o fikirdəyəm ki, biz necə tələffüz eləyiriksə, elə də yazaq. Məsələn, beynəlxalq reklam olan “Koka-kola”nı götürək. Biz onu “Coca-cola” kimi oxumalıyıq. Təklif edirəm ki, onun altından azərbaycanca tələffüzü yazılsın. Türklər bəzi sözləri fransız və ya ingilis orfoqrafiyasıyla yazırlar. Olmaz o şəkildə. Türkün hamısı fransız-ingilis dilini bilmir axı. Ona görə də o sözləri oxuya bilmirlər. Hamısını öz orfoqrafiyamızla verməliyik. Xarici söz əslində necə yazılır, özü bilər, amma biz onu nə şəkildə tələffüz ediriksə, o şəkildə də yazmalıyıq.
Türk Dil Qurumunda mənim məqaləm də çıxıb. Nəzərə alınmalıdır ki, Türkiyə türkcəsi təkcə türkiyəlilərin deyil. Sənin kitabın orijinal variantda Azərbaycana gəlirsə, mən onu necə oxumalıyam?! Bu şəkildə olmaz axı! Onlar əndazəni aşıblar və mən hər dəfə onları buna görə tənqid edirəm. Məsələn, əgər bunun adı “nişan”dırsa, niyə “rozet” deyirsən? “Görüş”ə niyə “randevu” deyirsən? “Sıxıntı”ya niyə “depressiya” deyirsən və s. Sayt adları isə dırnaqsız, kiçik hərflə, həm də seçilmək şərtilə yazılmalıdır.

O, bizim işimizin yarıtmazlığıdır

- Ədəbiyyatımızda, publisistikamızda çoxlu yeni sözlər yaranır. Lakin bunların çox az qismi Orfoqrafiya lüğətinə daxil edilir. Səbəb?

- O, bizim işimizin yarıtmazlığıdır. Yeni çap olunacaq lüğətdə özünüz də görəcəksiz ki, nə qədər yeni sözlər var. Qərara gəlmişik ki, hər ilin sonu yeni yaranan sözlərdən ibarət kiçik kitab nəşr edək. Daha sonra o sözləri “Terminologiya” jurnalının axırında verəcəyik. Bu il işlənən sözləri hətta ayrıca broşür şəklində də çıxaracağıq. Bunun üçün müvafiq tapşırıqlar vermişəm.

Mətbuatın dilindən çox narazıyam

- Yeni dərc olunacaq lüğətdə sözlərin sayı nə qədər olacaq?

- Onu deyə bilərəm ki, keçmiş qüsurlar aradan qaldırılıb, lüğətə daxil olan sözlərimizin sayı iki dəfə artıb.

- Mətbuatın dilindən razısınızmı?

- Çox narazıyam. Əvvəla, bizdə lüğətin yaradılmasında, işlədilməsində tənbəllik var. Kimsə rusca və ya ingiliscə eşidir, lakin onun azərbaycanca qarşılığını axtarıb tapmır. Dünyada işlədilən sözlərin əksəriyyətini qəbul edə bilmərik, lakin onların arasından gərəkəni seçməliyik, mənşəyini tapmalıyıq. Məsələn, “admiral” sözünü yunan mənşəli söz kimi verirlər, hərçənd ki, ərəb mənşəli sözdür – “Əmir əl bəhr” deməkdir; ”protokol” – “bərat əl qol”dur. Üzeyir Hacıbəyov “Rusi” lüğətini yazanda bu sözləri qeyd edib ki, çoxları bu sözləri yunan mənşəli kimi verirlər, amma əslində, ərəb mənşəlidirlər. Ona görə deyirəm ki, dilimizə gələn sözləri ağına-bozuna baxmadan götürüb işlətmək düzgün deyil. Əvvəlcə yaxşıca axtarmaq, araşdırmaq lazımdır. Yalnız qarşılığını tapmadıqda beynəlxalq söz kimi götürüb işlətmək olar.

Monitorinq şöbəsi yaratmışıq

- Dil İnstitutunun keçirdiyi monitorinqlər barədə nə deyə bilərsiz?

- Biz artıq Prezidentin sərəncamı ilə bağlı ayrıca monitorinq şöbəsi təşkil eləmişik. Əvvəl Dil tarixi şöbəsi, Dialektologiya şöbəsi fəaliyyət göstərirdi, artıq Monitorinq şöbəsi də yaratmışıq. Bu şöbə təzə yaranıb, bu ildən fəaliyyət göstərir. Əsas məqsəd reklamları qaydaya salmaqdır. Bundan başqa, rayonlara qruplar göndərəcəyik ki, icra hakimiyyətlərinə gedib, onların elanlarına, sənəd dilinə nəzarət etsinlər və bilavasitə o işlərlə məşğul olsunlar.
Hələ Dövlət Dili haqqında Qanunu qəbul edəndə mediaya ayrıca bölüm olmalıydı, qaydanı pozanların cəzalandırılması nəzərdə tutulmalıydı. Onlara ya pul cəzası tətbiq edilməli, ya da həmin qəzet bir aylıq, ya da ümumiyyətlə, fəaliyyətini dayandırılmalıydı. Lakin bu qaydalar az sonra unuduldu. Məhz buna görə də yenidən monitorinq qrupu yaradılıb və bunun qarşısı alınacaq. Hər qəzetlə ayrıca dəyirmi stol keçirdəcəyik, daha sonra ümumiləşdirib, televiziyada çıxış edəcəyik. Bir sözlə, bu monitorinq artıq sistem şəklində fəaliyyət göstərəcək.



- Dilçilik İnstitutunda hansı yeniliklərdən danışmaq olar?

- Çoxlu planlarım var. Türk diliylə, türk tarixiylə bağlı beynəlxalq yığıncaqlar, qurultaylar nəzərdə tutulub. Onları hələ ki, elan edə bilmərəm. Amma onu deyə bilərəm ki, burada dialektoloji atlas sektoru yaratmaq istəyirəm. Bizdə bu vaxta qədər dialektoloji atlas olub, lakin ancaq Sovet ərazisi nəzərə alınıb. İran, Dərbənd, Gürcüstan, İraq və s. yerlər nəzərə alınmayıb, hərçənd ki, orada Azərbaycan dialekti var. Bizim dialektoloqlar Dərbənd dialektini tədqiq ediblər və artıq kitab da çıxıb. Cənubi Azərbaycan dialektlərindən də 5 dissertasiya yazılıb. Gürcülərin özü Gürcüstandakı Azərbaycan şivələrindən, dialektlərindən dissertasiya yazıblar. Bu atlas həm də tarixi coğrafiyanı göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti yenidən işlənəcək

    Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti ...

    19-10-2015, 16:51

  • 
  • NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV

    NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV ...

    16-01-2015, 21:23

  • 
  • AMEA-da dörd professor vəzifəsindən çıxarıldı.

    AMEA-da dörd professor vəzifəsindən çıxarıldı. ...

    16-11-2013, 23:26

  • 
  • Azərbaycanda teleaparacılar  tənqid edildi

    Azərbaycanda teleaparacılar tənqid edildi ...

    4-07-2013, 16:54

  • 
  • AMEA-ya yeni təyinat

    AMEA-ya yeni təyinat ...

    19-06-2013, 15:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu