GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV

NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV

Tarix: 16-01-2015, 21:23 Bölmə :Ölkə Baxış: 0
NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV

gundemxeber.az Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Sara Əzimovanın apardığı maraqlı araşdırmanı təqdim edir.

Naxçıvanın bəzi yaşayış məntəqələrinin adları “Orfoqrafiya lüğəti”ndə səhv verilib

Ötən ilin sonunda redaksiyamıza “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adlı kitab təqdim olunanda sevindik. Çünki belə lüğətə iş prosesində daim ehtiyac duyuruq. Əvvəlcə onu deyim ki, lüğət yüksək poliqrafik tərtibatı ilə seçilir. Sayca 6-cı nəşr olan bu kitaba 110 min 563 söz daxil edilib. Orfoqrafiya qaydalarının, mürəkkəb sözlərin, coğrafi və şəxs adlarının yer aldığı lüğət AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında bəyənilib və çapa məsləhət bilinib. Kitabda da qeyd olunduğu kimi, bu lüğət sözlərin düzgün yazılışını özündə ehtiva edən, hər bir vətəndaşın istinad və istifadə edə biləcəyi bir mənbədir.

Gələk əsas məqsədə. Lüğətdə “Azərbaycan Respublikasının coğrafi adları”nın (s. 774) əks olunduğu bölməyə nəzər yetirərkən bir çox ciddi səhvlərlə qarşılaşdıq. Konkret olaraq, biz bu yazımızda lüğətdə əks olunan Naxçıvan Muxtar Respublikasındakı bəzi yaşayış məntəqələrinin adları ilə bağlı səhvlərə diqqət çəkmək istərdik. Bir jurnalist kimi muxtar respublikanın bəzi coğrafi adlarının səhv verilməsi məni çox narahat etdi. Kitabda coğrafi adların yazılışında korrektə səhvləri olduqca çoxdur. Halbuki orfoqrafiya lüğəti kimi bir mənbədə bir dənə də olsun, korrektə səhvi yolverilməzdir. Çünki bu kitab sözlərin düzgün yazılışını özündə əks etdirmək məqsədi daşıyır.

Hələ sözləri qoyaq bir kənara. Coğrafi adların yazılışında səhv buraxılmasını təəssüf hissi ilə qarşılayırıq. Məsələn, lüğətdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndinin adı “Əbrəqunis” (s. 785), Saltaq kəndinin adı “Saltax” (s. 807), Yaycı kəndinin adı “Yayçı” (s. 814), Şərur rayonun Havuş kəndinin adı “Havus” (s. 789), Şahbuz rayonunun Şada kəndinin adı isə Sada (s. 806) kimi verilib.

NAXÇIVANLA BAĞLI BURAXILAN KOBUD SƏHV

Parağaçay şəhərtipli qəsəbəsi vaxtilə Ordubad rayonunun ən iri yaşayış məntəqələrindən biri olub. Amma lüğətdə bu qəsəbənin adı “Paradağçay qəsəbəsi” (s. 805) kimi verilib. Səhvlər bununla bitmir. Babək rayonunun inzibati ərazi bölgüsündə “Raiz” (s. 806) adlı kənd yoxdur. Maraqlıdır, bu kənd muxtar respublikanın hansı ərazisində yerləşir? Ola bilər ki, Payız kəndi nəzərdə tutulub. “P” hərfi ilə başlanan coğrafi adlara baxdıq: burada isə “Payız” kənd adına rast gəlmədik. Yenə burada (s. 805) nəinki Babək rayonunda, ümumiyyətlə, muxtar respublikada olmayan “Paiz” kənd adına rast gəldik.

Lüğətdə başqa qəbildən olan səhvlərə də rastlaşmaq mümkündür. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 iyun 2009-cu il tarixli Sərəncamı ilə Naxçıvan MR-in Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların tərkibindəki Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilib. Amma təəssüf ki, lüğətdə bu kəndlər Babək rayonunun kəndləri kimi göstərilib. Lüğət nəşrə hazırlanarkən aparılan müzakirələrdə mütəxəssislər bunları görməyiblərmi? Bu, bizə qaranlıq qalır.

Ziyalılarımız tərəfindən ciddi kitab kimi qəbul edilən bu lüğətdə belə səhvlərə yol verilməsi başadüşülməzdir. Ola bilər ki, muxtar respublikada yaşayan vətəndaşlar kəndlərimizin adları barədə məlumatlıdırlar. Ancaq tutaq ki, Tərtər rayonunda yaşayan və qəzetə yazı vermək istəyən bir jurnalist muxtar respublikanın hər hansı bir kəndi haqqında məlumat vermək istərkən və adı dəqiqləşdirmək üçün lüğətə müraciət edəcək. Bu zaman ciddi səhvə yol veriləcək: Babək rayonunun Payız kəndinin adı “Raiz” və yaxud “Paiz” kimi yazılacaq. Təəssüf ki, belə səhvlər yuxarıda sadaladığımız rayonların kənd adlarında da müşahidə olunacaq. Ümumiyyətlə buradan belə bir nəticəyə gəlmək olar ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə ola bilsin, NMR-lə yanaşı, ölkənin digər yaşayış məntəqələrinin də adlarında səhvlərə yol verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib

    "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ...

    18-11-2019, 12:31

  • 
  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanır

    Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti ...

    1-11-2017, 18:11

  • 
  • Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti yenidən işlənəcək

    Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti ...

    19-10-2015, 16:51

  • 
  • Azərbaycan dilinin Orfoqrafiya lüğəti yenidən nəşr olunacaq

    Azərbaycan dilinin Orfoqrafiya lüğəti yenidən ...

    21-01-2022, 12:30

  • 
  • Dil Qanununu pozan KİV-lər bağlanmalıdır

    Dil Qanununu pozan KİV-lər bağlanmalıdır ...

    25-01-2014, 14:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu