Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həbsxanaya qadağan olunmuş vasitə keçirilməsinin qarşısı alınıb. Qobustanda yerləşən həbsxananın əməkdaşı, ədliyyə kiçik giziri İlqar Əlisurət oğlu Süleymanovun üzərinə baxış keçirilərkən ondan 1 ədəd “Samsunq” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
İ.Süleymanov Penitensiar xidmətin rəisi, general-leytenant Mədət Quliyevin əmri ilə tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric edilib.
Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?