Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) iki məhkum özünü asdı. Natiq Cəbrayılov və Nicat İbrahimov yanvarın 25-də təcridxanada saxlandıqları kamerada özlərini asıblar. Hadisə zamanı N.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Məhkumların özünə qəsd etmələrinin səbəbləri bəlli deyil.
Penitensiar Xidmətindən isə bildirilib ki, faktla bağlı onlarda müfəssəl məlumat yoxdur və hadisə ilə bağlı aidiyyatı qurumlar istintaq hərəkətləri aparır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?