Bakı İstintaq təcridxanasında özünə qəsd edən Nurlana Əsədova tanınmış müğənni Mətanət Əsədovanın bacısıdır. Milli.az-ın məlumatına görə, onun 11 yaşlı övladı var.
Xatırladaq ki, bir neçə saat əvvəl Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq təcridxanasında baş verən intihar faktı ilə bağlı məlumat yayıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 01.10.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Nurlana Nəsir qızı Əsədova təxminən saat 09.00 radələrində saxlanıldığı kamerada özünə məxsus mələfədən kəndir qismində istifadə edərək intihar edib.
Həbs edilmiş şəxs N.Əsədova 02.10.2013-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilib, ona “narkomaniya mənşəli psixo-emosional davranış pozuntusu; mastit ” diaqnozu müəyyənləşdirilib və həkim psixiator-narkoloq və həkim terapevt tərəfindən ambulator qaydada müvafiq müalicə təyin edilib. Aparılmış müalicədən sonra vəziyyəti nisbətən stabilləşib və sonrakı müddətdə mütəmadi həkim nəzarətində saxlanılıb.
Görülmüş tədbirlərə baxmayaraq həbs edilmiş şəxs N.Əsədova yuxarıda qeyd olunan zəmində və şəraitdə intihar edib.
Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və istintaq aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?