Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər İsrafilov tutulub. Bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Məlumatda qeyd edilir ki, Azər İsrafilov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. İttihama əsasən, A. İsrafilov vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Xətai rayon Məhkəməsi isə A. İsrafilovun barəsində başlanan cinayət işinin yenidən araşdırılması ilə bağlı qərar qəbul edib.
AzNews.az-a məlum olub ki, saxlanılan Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?