Azər İsrafilov ANS və İTV telekanallarında çalışıb
NövbətçiTweet Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A, İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə tiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. A. İsrafilov ANS və İTV telekanallarında çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?