Görünən avtomobilin nömrə nişanı ikinci bir varianta yer qoymur. Şəkilin xəstəxanalardan birində çəkildiyi də göz önündədir. Şəkildə görünənlərin tibb bacısı olmaları da birmənalıdır. Onların nə iş gördükləri də bəs-bəllidir. Kənarda əli cibində duranın sürücü olmasını duruşundan, görünüşündən aydındır. Tibb bacıları tərəfindən steril bir şəkildə silinib təmizlənən "Toyota" markalı avtomobilin baş həkimə məxsus olduğunu deməyə ethtiyac varmı? Tibb bacıları xəstənin maşınını siləsi deyillər ki... Bəlli ki, onları buna tabe olduqları adam vadar edib. Bu qadınlar bir azdan hansısa xəstəyə iynə vuracaq, dərman verəcəklər. Öz tabeliyində olan işçilərlə qapısının qaravaşı kimi davranan o həkim isə təmiz maşınına oturub harasa gedəcək. Bu şəkildə özünün və iradəsinin şəkli olan heç kəs əslində öz yerində deyil. O süngər tibb bacılarının yox, sürücünün əlində olmalıydı. Baş həkimin yerində isə daha mərifətli, qadına kişi işi gördürməyən bir vicdanlı adam oturmalıydı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?