Axşam saatlarında Heydər Əliyev prospektində yol qəzası baş verib. Publika.az xəbər verir ki, "Mercedes Benz" markalı “01 BL 348” dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yol kənarındakı səkiyə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücü isə qəzadan xəsarət almadan xilas olub.
Hadisə yerində jurnalistlərlə avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu arasında dava-dalaş olub.
Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin әmәkdaşı olan sözügedən şəxs jurnalistlərə hücum edib. Bu zaman televiziyalardan birinin kamerasına ciddi ziyan dəyib.
ANS PRESS-in məlumatına görə, hadisə yerində orda olan yol polisləri sürücünü birtəhər sakitləşdirə bilib. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?