Bu gecə paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan Mercedes markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı maneəyə çırpıb. Hadisə zamanı qəzanı törədən şəxsin İsmayılov Vidadi Pəhan oglu oldugu məlum olub. Qəza yerində çəkiliş aparan Space TV-nin əməkdaşları Perviz Hüseynov ve operator Manaf Ezizli sözügedən şexsin tezyiqlərinə məruz qalib, Space TV-nin kamerasina ziyan dəyib. Aftomobili əzilən Vidadi İsmayılov çəkiliş qrupunun işinə mane olmağa çalışıb. Daha sonra isə kameraya hücum edib. Operator bir yandan kameranı qoruyb, digər bir tərəfdən isə hadisəni çəkməyə çalışıb, yəni işini icra edib. V.İsmayılov hadisə yerinə gələn digər KİV nümayəndələrinə də hücum edib. Hadisə zamanı sürücünün idarə etdiyi maşın cərimə meydançasına aparılıb. Qəza zamanı avtomobillə yanaşı prospektdəki maneələrə də ziyan dəyib. Azəryolservis ASC-nin əməkdaşları qəza zamanı yola dəymiş maddi ziyanı hesabladıqdan sonra zərərin miqdarı haqqında akt tərtib olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?