“Yanvar ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub”.
Bunu AzNews.az-a açıqlamasında Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
Onun sözlərinə görə, intiharlar əsasən özünü asma halları ilə baş verir: “Stansiyaya özünü asma ilə 6 müraciət daxil olub. Bunlardan 4-ü qadın, 2-si kişi olub. Onlar dünyasını dəyişib”.
Z. Vahidova əlavə edib ki, 1 nəfər özünü bıçaqlayıb, 1-i isə dənizə atıb: “5 nəfər sirkə turşusu vasitəsi ilə 15-i kimyəvi zəhərlənmə və dərman zəhərlənmələri ilə özünə qəsd edib. Sözü gedən şəxslərin həyati təhlükəsi aradan qaldırılıb”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?