“Respublika Toksikologiya Mərkəzinə müraciət edən xəstələrin 5-6 faizi intihara cəhd edənlər olur. May ayında sirkə turşusundan zəhərlənmə diaqnozu ilə 4 nəfər gətirilib. Onlardan üçün qadın, biri isə kişidir”. Bunu virtualaz.org saytına açıqlamasında mərkəzin rəhbəri Azər Maqsudov deyib.
A.Maqsudovun sözlərinə görə, özünə qəsd edənlərin çoxu tünd sirkə içir. “Məsələn, dünən xəstəxanamıza daxil olan qadın tünd sirkə içib. İntihar edənlərin digər qismi isə çoxlu sayda dərman içir”, - mərkəz rəhbəri əlavə edir.
A.Maqsudov söyləyir ki, indi siçan zəhərinin antidotu var. Buna görə də, son vaxtlar intihara cəhd edənlər arasında siçan zəhəri içənlər yoxdur. “İntihar edənlərin əksəriyyəti qadınlardır. Müşahidələr göstərir ki, onlar qarşılarındakı şəxsi qorxutmaq məqsədilə bu yola əl atırlar. Son vaxtlar kişilər də bu məqsədlə intihara cəhd edirlər. Məsələn, fevral ayında bank borcu olan kişilərin intihara cəhdinin şahidi olduq. Əksəriyyət bankın borcunu ödəyə bilmədiyi üçün intihar etdiyini deyirdi”, - A.Maqsudov qeyd edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?