Sumqayıtda yerləşən “Zamanın univermağı” kimi tanınan obyektdə ticarətlə məşğul olan Taleh adlı şəxs özünü yandırmaq istəyir. Bu barədə birlik.az saytının əməkdaşı Facebook sosial şəbəkəsində status paylaşıb. Statusu olduğu kimi təqdim edirik: “İndicə Sumqayıtda el arasında “Zamanın univermağı” adlanan ticarət mərkəzindən birlik.az saytına Taleh adlı şəxs zəng edib deyir ki, buranın rəhbərliyi məni bezdirib, özümü yandıracam. Sahibkarı güclə sakitləşdirmişik. Mən Vüsal Hətəmov ona bildirdim, ki qardaş bu cinayətdir, yandırsan da cinayətdir, yandırmasan da şantajdır. Və telefonu hirsimdən söndürdüm. Amma bilmirəm necə olacaq. “
Həmin şəxsin özü ilə əlaqə saxladıq. Taleh bildirdi ki, onunla 30 dəqiqədən sonra əlaqə saxlayaq.
Əldə etdiyimiz məlumata görə, həmin şəxs bir neçə ildir ki, univermaqda çalışır. Ondan əvvəlcədən yer haqqı istənilib və verməyəcəyi təqdirdə piştaxtasını itirəcəyi deyilib.
Qeyd edək ki, univermağa Zaman İsgəndərovun oğlu Nizami İsgəndərov rəhbərlik edir. Onun sahibkarları incitməsi ilə bağlı mətbuatda dəfələrlə yazılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?