Nəzakət Həsənova qanunsuz əməllərə yol verir Biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi, bu gün ölkənin səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq, ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürəkaçan deyil. Xüsusilə də doğum evlərində durum bərbad vəziyyətdədir. Redaksiyamıza Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 1 ünvanında yerləşən və Nəzakət Cabbar qızı Həsənovanın baş həkimi olduğu 3 saylı Doğum Evilə bağlı bir sıra şikayət xarakterli müraciətlər daxil olub. Müraciətdə doğum evinin görünməyən tərəflərindən bəhs edilir. Məlumatda 3 saylı Doğum Evinin baş həkimi Həsənova Nəzakət Cabbar qızı başda olmaqla bütün tibb personalından narazılıqlar əksini tapıb. Sözügedən tibb müəssisəsində xəstələr üçün heç bir şərait yoxdur. Həddindən artıq təmirsiz formada fəaliyyət göstərən doğum evi az qala oradakıların başına uçsun. Orada birinci dəfə övlad dünyaya gətirən analar ikinci dəfə həmin xəstəxanaya üz tutmurlar. Natəmizlik tibb müəssisənin ağuşuna alıb. Xəstələr iyrəndiklərindən orada nə yemək yeyə, nə də çay içə bilirlər. Bundan başqa doğum evlərindən narazılıqlar vaxtaşırı mətbuat səhifələrinə çıxarılır. Ölkədə antikorrupsiya tədbirləri həyata keçirilir. Bununla əlaqədar Səhiyyə Nazirliyi rəsmən elan edib ki, bütün xəstəxanalarda tibbi xidmətlər pulsuzdur. Amma buna baxmayaraq, digər sahələrdə olduğu kimi səhiyyə ilə bağlı verilən qərarlar da əksər vaxt söz olaraq qalır. Xəstəxanada həkimlərdən tutmuş xadiməyə qədər hamı pulla danışır. Qapıda duran personala da hörmət etməsən içəri girmək mümkün deyil. Uşaq dünyaya gələnə kimi əldən ayaqdan gedən həkimlər doğuş bitdikdən sonra həkimlər nə anaya, nə də körpəyə nəzarət etmirlər. Xüsusilə də həkimlərin toruna düşüb yanlış diaqnozla qeysəriyyə əməliyyatı olunan anaların sonradan köməyə ehtiyacı olduğu halda belə analar həkim məsuliyyətsizliyi və laqeydliyi ilə üzləşirlər. Nə də körpələrə baxılmır. Bir sözlə, 3 saylı Doğum Evinin həkim personalını insan həyatı deyil, yalnız və yalnız pul düşündürür. Əgər pul verilməsə, tibb bacısı da xəstəyə xidmət etmir. Həkimlər gözləyir ki, əlini nə vaxt cibinə salacaqsan. Görünür, son dövrlər korrupsiya və rüşvətlə sərt mübarizə aparılması barədə edilən bəyanatlar imitasiyadan başqa bir şey deyil. Son vaxtlar daha ciddi qanun pozuntularına yol verilməsi də xüsusi olaraq vurğulanır. Belə ki, həmin məlumatlara əsasən bu tibb müəssisəsində məhz son iki il ərzində həyata keçirilən nigahdankənar doğuşların sayının xeyli artdığı iddia olunur. Qeyd edək ki, materiallarda əks olunan məlumatları dəqiqləşdirmək və müxtəlf məqamlara aydınlıq gətirmək məqsədilə xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Son zamanlar ölkəmizdə ana və uşaq ölümlərinin sayı da durmadan artır. Şəhər xəstəxanalarından tutmuş, rayon xəstəxanalarına qədər hər yerdə ana və uşaq ölüm hallarına rast gəlmək mümkündür. Ümumiyyətlə, xəstəxanalarda savadsız həkimlər fəaliyyət göstərir. Savadlı kadrlar yetişdirilməli və ölkəyə lazımi tibbi avadanlıqlar gətirilməlidir. Ən əsası isə savadlı kadrların olmasıdır. Bundan başqa hökumət korrupsiyaya və rüşvətə qarşı təsir mexanizmlərini işə salmalı və bir sıra sahələrdə mövcud olan korrupsiya hallarını aradan qaldırmalıdır. «Gündəlik Bakı»
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?