Ağstafa rayonunda baş verən yol qəzasında ölənlərin adı məlum olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Qaraşanlı kəndində qeydə alınıb.
Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Elnur Məhərrəm oğlu Əliyevin idarə etdiyi “BMW” markalı, 90 ER 606 dövlət nömrə nişanlı avtomobilin körpüdən aşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri - Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Alı Zöhrab oğlu Mehralıyev, 1988-ci il təvəllüdlü Alqayıt Telman oğlu Abbasov və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Nail Maqsud oğlu Əliyev hadisə yerində ölüblər.
Xatırladaq ki, ilkin məlumatda hadisənin Qazax rayonunun Əzizbəyli kəndi yaxınlığında baş verdiyi bildirilmişdi.
* * * 11:16
Qazaxda ötən gün gecə saatlarında 2 dəhşətli yol qəzası baş verib.
Qazax Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, rayonun Əzizbəyli kəndi yaxınlığında “BMW” markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb.
Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulmuş elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?