Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.
Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
***
12:48
Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı avtomobilin aşması nəticəsində maşında olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayon sakini Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib.
İki nəfərin isə xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?