Azərbaycan İnternet Forumunun ekspertləri internet xidmətlərinin qiymətlərinin qonşu ölkələrlə müqayisəli təhlilini aparıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məlumat yayıb.
O.Gündüz bildirib ki, araşdrımaların yekunu Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə, eləcə də “Delta Telecom”a göndərilib.
(Az - Azərbaycan, Ru- Rusiya, Ge- Gürcüstan,
Ua- Ukrayna).
4 Mbit/san sürətində (adsl) internetin provayderlər
(ölkələr) üzrə aylıq qiyməti:
- Bakinternet (Az) - 40 $
- Aztelekom (Az) - 30 $
- Connect (Az) - 30 $
- MTC (Ru) - 9 $
- Silknet (Ge)- - 25 $
- Воля (Ua) - 6 $
8 Mbit/san sürətində (adsl) internetin provayderlər
(ölkələr) üzrə aylıq qiyməti:
- Bakinternet (Az) - 75 $
- Aztelekom (Az) - 75 $
- Connect (Az) - 50 $
- Caucasus Online (Ge) - 40 $
- MTC (Ru) - 10 $
- Воля (Ua) - 7 $
8 Mbit/san sürətində (fiber optic) internetin provayderlər
(ölkələr) üzrə aylıq qiyməti:
- Connect (Az) - 50 $
- CityNet (Az) - 37 $
- MTC (Ru) - 9 $
- Caucasus Online (Ge) - 14 $
- Воля(Ua) - 9 $
30 Mbit/san sürətində (fiber optic) internetin provayderlər
(ölkələr) üzrə aylıq qiyməti:
- CityNet (Az) - 152 $
- Connect (Az) - 153 $
- MTC(Ru) - 14 $
- Caucasus Online (Ge) - 20 $
- Воля (Ua) -13 $
O.Gündüz qeyd edib ki, qonşu ölkələrdə son 1 ildə internet qiymətləri xeyli endirilib: “ Bizdə isə sonuncu dəfə 2-3 il bundan əvvəl ciddi və xeyli uğurlu qiymət endirimi olub. Hazırda isə cədvəldən də görünür ki, bizdə qiymətlər çox yüksəkdir və keyfiyyət yetərli deyil. Buna görə də nazirlik və “Delta Telecom” yenidən qiymət endirimi üzərində düşünməlidir”.
Sorğu
Yeni dizaynımız necədir?