Gənclərin dənizə girdikləri həmin bölgə partladıcı maddələrin sınaqdan keçirilmə zonası imiş, nəticədə, faciəvi hal yaşanır
Şou-biznes Avstraliyada yayımlanan və qısa müddətdə bütün dünyaya səs salan "Sərbəst ol" adlı reklam filmi fərqli reaksiyalar doğurub. Avstraliyada "Həyat boyu öyrən" təşkilatı üçün çəkilən reklam filmində dəhşətli səhnələr yer alıb. Reklam filmi məktəbdən qaçan şagirdlərin əyləncəli görüntüləri ilə başlayır, ancaq gənclər çimərliyə getdikdən sonra qorxunc partlayış nəticəsində parçalanırlar. Əslində gənclərin dənizə girdikləri həmin bölgə partladıcı maddələrin sınaqdan keçirilmə zonası imiş. Çünki həmin ərazidə xəbərdarlıq nişanı asılsa da, gənclərin tənbəllik və diqqətsizlik etməsinə mane olmur. Nəticədə, faciəvi hal yaşanır.
Qeyd edək ki, video sosial şəbəkələrdə yayıldıqdan bütün dünyada müzakirə mövzularından biri olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?