Gəncə şəhərində 28 saylı avtobusu sürücüsü çox orijinal addım atıb
Həyat tərzi Hər birimiz ictimai nəqliyyatdan istifadə edən zaman səslənən məşhur ifadələri əzbər bilirik. Avtobus sürücüsünün basabas zamanı, “Bir az mehriban olun”, “Arxaya keçin”, “Orta bomboşdur, elə bil qapıda bal paylayırlar” və s. kimi ifadələrini azı ac qarnına yüz dəfə eşidirik. Metroda isə qatarın qapılarını saxlayan sərnişinlərə növbətçi xəbərdarlıq edir: “Qapıları buraxın, qatarı gecikdirməyin”.
Görünür bu kəlmələr bizim qanımıza işləyib. Çünki təkcə paytaxtda deyil, bölgələrdə də belə ifadələr tez-tez könül oxşayır. Gəncədə isə artıq sürücülər avtobus qapılarını şüar yazmağı da adət ediblər. Gəncə şəhərində 28 saylı avtobusu sürücüsü isə çox orijinal addım atıb. O, sərnişinlər üçün avtobusun qapısına “Sən ölənlərinin goru, yavaş vur” sözlərini yazıb. Görünür sürücü bu kəlməni sərnişinlərə deməkdən yorulub.
ANS PRESS sosial şəbəkələrdə yayılan və bu günlərdə çəkilən bu fotonu təqdim edir:
Sorğu
Yeni dizaynımız necədir?