“Gəncə Avtovağzal” ASC-də Gəncə-Bakı xətti üzrə işləyən avtobus yanıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə hadisə saat 22:30 radələrində baş verib. Gəncə şəhər sakini Etibar Bayramova məxsus «Hyundai» markalı sərnişin avtobusu yanıb.
Alovun qarşısını almaq üçün iki yanğınsöndürən avtomobil cəlb edilib. Yanğın söndürülsə də, nəqliyyat vasitəsi yararsız hala düşüb. Avtobusun təxminən 3 kvadratmetr tavan hissəsi və oturacaqları yanaraq yararsız hala düşüb. Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?