2013-cü ildə ölən tələbə və şagirdlərin sayı açıqlanıb
Təhsil Ötən il Azərbaycanda dünyasını dəyişmiş tələbə və magistrlərin sayı açıqlanıb. ANS PRESS-in Tələqə Qəbulu Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə-Məzun” Dövlət Elekton Məlumat Sisteminə bakalavr səviyyəsində təhsil alan 85 tələbənin və 1 magistrin ölümü ilə bağlı məlumat daxil olub.
Məlumatlar “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sistemində qeyd olunub. Sistemdə həmçinin tam orta ixtisas bazası üzrə təhsil alanların 28-nin öldüyü bildirilir.
Sistemdə ümumi orta ixtisas bazası üzrə təhsil alan 32 şagirdin də vəfat ediyi qeyd olunub.
Qeyd edək ki, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sisteminə ümümilikdə 146 nəfər tələbə- şagirdin ölməsi barədə məlumat daxil edilib.
Qeyd edək ki, Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi (TMDEMS) 28 mart 2012-ci ildən yaradılıb.
Sorğu
Yeni dizaynımız necədir?