Suriya müxalifətinin lideri Moaz əl-Xətib Rusiya XİN-in Moskvaya səfər dəvətinə rədd cavabı verib
Qiyamçıların başçısı aldığı təklifə cavabında Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Bəşər Əsəd rejiminə dəstəyə görə üzrxahlıq tələb edib. ANS PRESS xəbər verir ki, məlumatı France 24 yayıb.
Suriya müxalifətinin lideri Qətərin Al Jazeera telekanalına müsahibəsində deyib ki, Rusiya ilə danışıqlarda sərt mövqeni davam etdirəcək: “Biz açıq şəkildə izah etdik Moskvaya getməyəcəyik. Rusiya tərəfi ilə kompleks gündəlik hazırlandığı təqdirdə istənilən ərəb ölkəsində görüşə bilərik. İndi mən nazir Sergey Lavrovun Suriya xalqının hər hansı xarici müdaxilə olmadan öz taleyini həll etməli olması ilə bağlı sözlərinə görə üzrxahlıq istəyirəm. Rusiya müdaxilə edir. Suriyada əsl qətliam baş verir. Onlar (Rusiya) isə buna yay seyri kimi yanaşırlar”.
“Əgər biz Suriya xalqının təmsilçisi deyiliksə, niyə onlar bizi dəvət edirlər. Niyə Rusiya vəhşi rejimi açıq şəkildə pisləməyib və Bəşər Əsədə prezident kürsüsünü tərk etməyin vaxtı çatdığını izah etməyib? Bu, danışıqlara başlamaq üçün prinsipial şərtdir”.
Sorğu
Yeni dizaynımız necədir?