Valeri Gerasimov Türkiyə-Suriya sərhədində yerləşdiriləcək " Patriot” mərmiləri ilə əlaqədar prosesləri yaxından izlədiklərini deyib
Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyə-Suriya sərhədində yerləşdiriləcək "Patriot” mərmiləri ilə əlaqədar prosesləri yaxından izlədiklərini deyib. Türkiyə hökumətinə təzyiqin yüksək olduğu bölgədə silahlanmanın sürətlənməsinin əlavə risk meydana gətirdiyi haqda xəbərdarlıq edən V.Gerasimov burada vəzifə alacaq hərbi heyətə istiqamətli təxribat təhlükəsinin də olduğunu vurğulayıb. V.Gerasimov həmçinin "Patriot”ların Suriyada uçuşa qadağan bölgə yaradılması istiqamətində istifadə edilməyəcəyini də bildirib. Rusiyanın problemi Suriya xalqının həll etməsinin tərəfdarı olduğunu qeyd edən Baş Qərargah rəisinin sözlərinə görə, bölgəyə istiqamətlənən hər hansı xarici hərbi müdaxilə faciəvi nəticələrə səbəb ola bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?