Kür çayında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
ANS PRESS-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayınının II ongünlüyünə nisbətən 25 m3/san artaraq 149 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində 4, Ağstafaçay su anbarında 4.5, Ağstafaçayda isə 5 dəfə YVQH-ni keçib.
Yanvar ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3, I Şahsevən məntəqəsində və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.6-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?