GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Tarix: 10-06-2016, 00:36 Bölmə :Ölkə Baxış: 0
Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Bakının beynəlxalq standartlara uyğun ekoloji təmiz içməli su ilə təchizatı son illər bu sahədə görülmüş işlərə baxmayaraq hələ də ciddi problem olaraq qalır. Milyonlarla insanın yaşadığı, əhalisi durmadan artan şəhərdə təmiz içməlu su mənbələri heç də hamı üçün əlçatan deyil. Son illərdə Bakının içməli su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilmiş proqramlara baxmayaraq paytaxt sakinlərinə verilən suyun həddən artıq çirkli olduğu haqda şikayətləri hələ də eşitmək olar.

Bakıya verilən suyun həddindən artıq çirkli olmasını əsas gətirən bəzi ekoloqlar hesab edirlər ki, bunun qaynağı Kür çayıdır və Kür suyundan tamamilə imtina etmək lazımdır. Buna səbəb isə Kür mənbəyini Kür-Araz qovşağından götürməsi , Ermənistanın öz mis mədənlərinin tullantılarını çayın mənbəyinə axıtması, Gürcüstanda isə Tiflis şəhərinin kanalizasiyasının təmizlənmədən çaya axıdılması, habelə yol boyu çayın başqa çirklənmələrə məruz qalmasıdır.

Gürcüstanda Kürə kanalizasiya da axır, məişət tullantıları da atılır

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Elə bü günlərdə gürcüstanlı ekoloqlar da Kür çayının çirklənməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Gürcüstan Ekologiya Nazirliyinin su resurslarının idarə edilməsi xidmətinin əməkdaşı Marina Makarovanın sözlərinə görə, çayın əsas çirklənmə səbəbi kanalizasiya sularının bura axıdılmasıdır. Hər ay suda yoxlama apardıqlarını deyən gürcü ekoloqun sözlərinə görə, çayda biogen və orqanik maddələr yüksək səviyyədədir.

Hazırda Gürcüstanın miqyasında kanalizasiya sularının təmizlənməsi üçün stansiyaların tikintisi gedir. Amma bu prosesin 2-3 il çəkəcəyi bildirilir. Mütəxəssislər həmçinin Gürcüstanın bütün sakinlərindən Kürə zibili atmamağı və beləliklə daha çox onu çirkləndirməməyi xahiş edirlər. Yeri gəlmişkən, bu ölkədə suyun çirkləndirənləri 93 dollardan 140 dollara qədər cərimə gözləyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiq edir: Kür çox çirklənib

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova da Kür çayının çirklənərək ölkəmizə daxil olduğunu deyir. Onun virtualaz.org-a bildirdiyinə görə, ölkənin yerüstü su ehtiyatlarının 80%-ni Kür, Araz çayları və onların transsərhəd qollarının suları təşkil edir ki, onların da həcminin 70%-ə qədəri qonşu ölkələrin ərazisində formalaşır.

Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkəmizin ərazisinə gətirilir:

Gürcüstan ilə sərhəddə yerləşən Şıxlı-2 monitorinq məntəqəsində may ayının III ongünlüyünün monitorinq nəticələrinə əsasən Kür çayı suyunun tərkibində fenolların miqdarı sanitar normadan 4 dəfə, metalların 3-5 dəfə, biogen maddələrin 6-9 dəfə və sulfatların miqdarı isə 1,2 dəfəyə qədər yüksəkdir.

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Bəs Bakı əhalisinin neçə faizi Kürün bu çirklənmiş suyunu içir? Yaxud paytaxtda Kür suyunu tam təmizləyib istehlakçılara çatdırmaq mümkün olurmu? Şəhər əhalisinin hansı hissəsi təmiz su içir?

Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı 4 mənbə hesabına təmin olunur. Bura Xaçmaz, Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir. 2011-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərin istifadəyə verilməsi paytaxtın su təchizatını xeyli yaxşılaşdırdı, eyni zamanda bu kəmər şəhəri beynəlxalq standartlara uyğun ekoloji təmiz içməli su ilə təchiz edən əsas mənbədir. 2013-cü ildə isə Bakıda müasir sutəmizləyici labaratoriya istifadəyə verilib. Amma suyun çirkli, qumlu və bir çox hallarda isə xlorlu olması hələ də əsas problem olaraq qalır.

Azad İstehlakçılar Birliyinə hər həftə şikayətlər daxil olur

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, problemin səbəblərindən biri də Bakının su infrastrukturunun çoxdan köhnəlməsidir. “Su xətlərinin dəyişdirilməsi ciddi problemlərdən biridir. Çünki borular çoxdan köhnəlib və paslanıb. AİB-ə hər həftə mənzillərə verilən sulardan şikayətlər daxil olur. Krantın ucundakı süzgəcə metal və daş qırıntılarınnı toplanması, bəzən lili suyun axması geniş rast gəlinən haldır. Bu vəziyyətdən su filtri satıcıları istifadə edirlər, onlar bazarda böyük ajiotaj yaradıblar. Evlərdə ekspertizalar keçirir və camaatı qorxudurlar. Təəssüf ki, su ilə bağlı problem ciddidir”-ekspert deyir.

E.Hüseynovun sözlərinə görə, əslində su istehlakçıları pul verib aldıqları suyun mənbəyini bilməlidirlər: “Biz “Azərsu” ilə danışıqlar aparırıq ki, şəhərin hansı hissəsinə hansı suyun verilməsi ilə bağlı şəffaflıq yaratsınlar. Çünki əhali məlumat almaq istəyir ki, hansı mənbədən gələn suyu içir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçının hüququ var ki, pul verib aldığı malın mənbəyi haqqında məlumat alsın. Düşünürəm ki, “Azərsu” əhalinin bu baxımdan məlumatlandırılması üçün tezliklə işlər görməlidir. Amma demək olmaz ki, paytaxtda təmiz su yoxdur, çünki su təmiz olmasaydı, əhali epidemiyalara tutulardı. Su mümkün qədər təmizlənilir”

Ekspert hesab edir ki, problemin aradan qaldırılması üçün bu sahədə böyük dəyişikliklər aparılmalıdır.

“Azərsu” rəsmisi deyir ki…

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə suyun keyfiyyəti ilə bağlı deyilənlərlə razılaşmır. Onun bildirdiyinə görə, götürülən nümunələrin nəticələrinə əsasən demək olar ki, Bakıya verilən içməli su dövlət standartlarına cavab verir. Bakı əhalisinin neçə faizinin təmiz su içməsi ilə bağlı suala gəlincə, ASC rəsmisi bildirdi ki, paytaxt əhalisi bütövlükdə dünya standartlarına uyğun təmiz su içir:

“Laboratoriya hər il 15 min nümunə götürərək yoxlayır. Bunlar müxtəlif ərazilərdən götürülür. Aparılan nümunələrin nəticələrinə görə içməli su dövlət standartlarına cavab verir. Əsas şikayətlər yeni tikilən binalardan gəlir. Çünki su bu binaların anbarına yığılaraq sakinlərə paylanır. Anbar vaxtı-vaxtında yuyulmadığından belə problemlər yaranır. Əslində isə anbar ildə bir dəfə yuyulmalıdır. Əhalinin xlorla bağlı da narahatçılığı olmasın. Çünki xlor dünyada qəbul olunmuş ən yaxşı zərərsizləşdiricidir və bu suya yolverilən həddə vurulur. Ola bilər ki, gələcəkdə xlorun əvəzinə ozondan istifadə edək”.

Kürün qapqara suyu Bakıda necə təmizlənir ...

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...
Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...
Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

A.Cəbrayıllı Kür suyundan imtina ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Belə bir deyim var, axar su murdarlıq götürməz. Kür suyu özü qapqaradır, amma Bakıya verdiyimiz su şəffafdır. Çünki 3 mərhələdə təmizlənir. Ümumiyyətlə, 1970-ci ildən bəri 46 ildir ki, Bakı Kür suyu içir və heç bir problem yoxdur. Həm də bizdə suyun keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji Stansiyası həyata keçirir. Paytaxta verilən suyun keyfiyyətini yoxlamaq üçün 2013-cü ildən Mərkəzi Laboratoriya fəaliyyət göstərir. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür”.

Bakıya təmiz Şollar suyu gəlmir, Kür suyunu isə cəmi 10 faiz içir

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Bəs vaxtilə Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi Şollar su kəmərindən kimlər su içir? “Azərsu” rəsmisi deyir ki, hazırda Bakıya təmiz Şollar suyu gəlmir. İçərişəhərə bu kəmərdən su xəttinin getməsi ilə bağlı yayılan fikirlər də yanlışdır. A. Cəbrayıllının sözlərinə görə, Şollar suyu Sulutəpəyə qədər gəlir, orada Kür və Oğuz-Qəbələ su kəmərləri ilə qarışdırılır.

“Azərsu” rəsmisi deyir ki, Bakı və Abşeron yarımadasını su ilə təmin edən əsas mənbə Ceyranbatan su anbarıdır: “Paytaxta gələn suyun 53%-i bu mənbənin payına düşür. 23% Oğuz-Qəbələ su kəməri ilə gələn sudur. Xaçmaz kəməri Bakıya gələn suyun 14 faizini təşkil edir. Ən az isə Kürün payına düşür: 10%

Bakıda su abonetlərinin suya tələbatı hər saniyədə 15 kubdur. Bunun 2 kubu Xaçmaz su kəmərlərinin, 8 kubu Ceyranbatan su anbarının, 1,5 kubu Kürün, 3,5 kubu isə Oğuz-Qəbələ su kəmərinin payına düşür”.

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Qaradağ -ən bəxtsiz rayon?

Hansı mənbələrin konkret hansı rayonları təmin etməsinə gəlincə, Anar Cəbrayıllı məlumat verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsini çıxmaq şərtilə, bütünlüklə Kür suyu ilə təmin olunur. Xırdalan, Abşeron, Suraxanı və Sabunçu rayonları Ceyranbatan su anbarından, Qobu isə Oğuz-Qəbələ su kəmərindən qidalanır.

Səbail rayonunun təchizatı isə qarışıqdır – bu rayonun sakinləri həm Kür suyunu, həm Oğuz-Qəbələ kəmərindən daxil olan suyu içir. Xəzər rayonunu tamamilə Ceyranbatan su anbarı təmin edir. Sabunçunun bir hissəsi Kür, bir hissəsi isə Ceyranbatan anbarını hesabına təchiz edilir. Xətai, Nizami rayonları Ceyranbatan və Oğuz-Qəbələ kəmərləri, Nərimanov və Binəqədi rayonları isə Oğuz-Qəbələ və Ceyranbatan su anbarları vasitəsilə təmin edir. Yasamal və Nəsimi rayonlarının sakinləri bütövlükdə Oğuz-Qəbələ su kəməri vasitəsilə su ilə təmin olunur.

Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

Başqa sözlə, “Azərsu” rəsmisinin saytımıza açıqladığı bu maraqlı rəqəmlərə əsasən hazırda Bakının bu rayonlarının sakinlərini ekoloji təmiz içməli suya çıxış imkanı baxımından ən şanslı hesab etmək olar. Paytaxt sakinlərinin qalan hissəsinin içdiyi su isə təmizlənmiş olsa belə ekoloji təmiz hesab edilə bilməz. Axı həmin suyun bilavasitə mənbəyi Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn sudan fərqli olaraq təmiz bulaqlar və artezianlar deyil...

Gülnar Əliyeva

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kür və Arazın ekoloji problemləri

    Kür və Arazın ekoloji problemləri ...

    28-03-2016, 14:27

  • 
  • Azərbaycan çaylarında çirklənmə yüksək həddədir

    Azərbaycan çaylarında çirklənmə yüksək həddədir ...

    12-11-2015, 13:01

  • 
  • Ermənilər Kürə zəhər axıdır

    Ermənilər Kürə zəhər axıdır ...

    3-02-2014, 12:27

  • 
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • Prezident 5 milyon manat ayırdı

    Prezident 5 milyon manat ayırdı ...

    6-01-2015, 21:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu