Saat 11:30-da “20 yanvar” stansiyasına ləngiyən qatar “Memar Əcəmi” stansiyasına çatdıqda sərnişinləri düşürüblər. Bu gün saat 11:30-da “Dərnəgül” stansiyası istiqamətinə gedən qatar 12 dəqiqə gecikib. Ləngimə ilə Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasına çatan qatarın sərnişinlərindən “minik yoxdur” bildirişi ilə qatarı tərk etmələri xahiş olunub.
Məsələ ilə əlaqədar Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevə ilə əlaqə saxladıq. Nəzakət xanım “Axar.az”a açıqlamasında bildirdi ki, problem sadəcə qatarın qapısında olub: “Qatar qapılarının birində nasazlıq baş vermişdi. Onun üçün qatar təcili olaraq depoya aparılıb. Ancaq hal-hazırda qatarın qapısı bərpa olunaraq xəttə buraxılıb”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?