İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov çətin duruma düşüb. Buna səbəb isə son günlər onunla bağlı ortaya çıxan məlumatlar və bundan dolayı planlarının alt-üst olmasıdır.Bu barədə verilən məlumatlara görə, İsmayıl Ömərov "Azərtac" Dövlət Teleqraf Agentliyinin 63 yaşlı baş direktoru Aslan Aslanovun yerinə keçməyi planlayıbmış. Hətta bununla bağlı müxtəlif dairələrlə danışıqlar da aparıb. Lakin son günlər onun haqqında ortaya çıxan korrupsiya və qohumbazlıq etməsi ilə bağlı faktlar aranı qarışdırıb.
Bundan əlavə belə məlumatlar var ki, İsmayıl Ömərov onun zamanından İTV-də çalışan bir çox əməkdaşlara, o cümlədən bəzi aparıcılara xəbər göndərərək efirdə problem yaratmasını istəsə də, həmin şəxslər bundan imtina edib. İmtinadan dərhal sonra mətbuatda həmin aparıcı və əməkdaşlarla bağlı tənqidedici yazı dərc olunub. Sonradan isə məsələnin üstü açılıb və təbii ki, pis vəziyyətdə qalan keçmiş baş direktor olub. Eyni zamanda müxalifət mətbuatında İTV-nin və hakimiyyətin əleyhinə sifarişlə gedən yazılar da "odun üstünə benzin töküb".
Başqa bir məlumata görə İTV-nin işçiləri İsmayıl Ömərovun zamanında televiziyanın əməkdaşları üçün tikilən bina ilə bağlı araşdırma aparılması üçün müraciət imzalamaq niyyətindədirlər. Məlumatlara görə, İTV-nin əməkdaşları üçün tikilən 224 mənzillik binanın yalnız 24-ü İsmayıl Ömərova yaxın işçilərə verilib ki, onlarından da çoxu sonradan mənzilləri iki qat baha qiymətə satıblar. İndi İTV-nin əməkdaşları televiziya işçiləri üçün nəzərdə tutularaq tikilən, yalnız onlara çatmayan bina ilə bağlı ətraflı araşdırma aparılmasını və müvafiq addımlar atılmasını istəyirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?