GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın ilk qadın komandiri: “Əsgərlər mənə "qaqa" deyirdi”

Azərbaycanın ilk qadın komandiri: “Əsgərlər mənə "qaqa" deyirdi”

Tarix: 4-02-2014, 00:09 Bölmə :Ölkə Baxış: 2 587
Azərbaycanın ilk qadın komandiri: “Əsgərlər mənə "qaqa" deyirdi”

Bərdədə yaşayan Şirinovlar Yevlaxa qonaq gedir. Elə orda da ailənin üçüncü qızı dünyaya gəlir. Adını Aidə qoyurlar. O zaman heç ailəsinin də ağlına gəlməzdi ki, gələcəkdə Qarabağda ermənilər müharibə başladacaq və ailənin son beşiyi, ərköyün qızı Aidə əlinə silah alıb, vətən uğrunda gedən döyüşlərə qatılacaq.
Ailem.az-ın “Aslanın erkəyi, dişisi olmaz” layihəsinin budəfəki qonağı Qarabağ veteranı, adını Azərbaycan tarixinə ilk qadın komandir kimi yazmış, mayor Aidə Şirinovadır.

Şirinova Aidə Rəcəb qızı 1959-cu ildə anadan olub. Bərdə rayon 3 saylı orta məktəbi 1976-cu ildə bitirib, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki İdman Akademiyası) idman fakültəsinə qəbul olub. İdmanın bir çox növləriylə məşğul olan Aidə xanımın əsas ixtisası voleybol olub. İnstitutun yığma komandasında oynayıb. 1981-ci ildə institutu bitirib, Bərdədə Uşaq Gənclər İdman Məktəbində metodist müəllimə kimi işə başlayır. Uşaqlarla işləməyi sevdiyi üçün 1988-ci ildə öz istəyiylə şəhər iki saylı orta məktəbə idman müəlliməsi təyin olunur.

- Həmin il fevralından Dağlıq Qarabağda ermənilər mitinqlər keçirməyə başlamışdı. O vaxt Şuşa televiziyası vardı. Ermənilərin Ağdam və Əskərandan keçən avtobusları, avtomobilləri daş-qalaq etdiyini, insanlarımızın yaralanıb öldürülməsini televizordan izləyirdik. Hər axşam saat yeddidə televizorun qabağında ayaq üstə gözləyirdik ki, görək, bu gün Qarabağda ermənilər hansı hadisəni törədiblər.

1990-ci ildə Bakıda törədilən 20 Yanvar, ardınca Xocalı faciəsi A. Şirinovanın çoxdan bəri beynində gəzdirdiyi fikri qətiləşdirir. O, Qarabağ müharibəsinə getmək qərarına gəlir. Anası Tamara xanım və bacıları öz narazılıqlarını bildirsələr də, Aidənin uşaqlıqdan verdiyi sözün arxasında inadkarcasına dayandığını bildikləri üçün razılaşmaq məcburiyyətində qalırlar.

- Rəhmətlik anam deyirdi ki, küçəmizdə elə qonşu var, evində beş oğlu var, heç biri getmir, sən qız uşağı niyə gedirsən?! Evimizdən iki-üç kilometr aralıda hərbi hissə yaradılmışdı. Komandir güləş üzrə keçmiş SSRİ idman ustası, mənim uşaqlıq dostum Elçin Əliyeviydi. Mən qərarımı qətiləşdirib, hərbi hissəyə getdim. Orada məni çox yaxşı qarşıladılar, “elə sənə yaraşan da bu idi” deyərək, məni batalyona qəbul etdilər. Və mən səhəri gün Hərbi Komissarlığa gedib, hərbi biletimə möhür vurduraraq yenidən hərbi hissəyə zabit kimi göndərildim.

O, Bərdə Ərazi Müdafiə batalyonunda bir-iki ay əsgərlərin fiziki hazırlığı üzrə rəis, sonra əsgərlərin sosial müdafiəsi üzrə komandir müavini vəzifəsində çalışır.

- Döyüş yoldaşlarım mənə çox böyük hörmətlə yanaşırdılar. Onlar mənə "qaqa" deyə müraciət edirdilər. Çox vaxt istəmirdilər ki, mən ağır döyüşlərdə iştirak edim. Qorxurdular, birdən yaralanaram, əsir düşərəm. Bu, bir növ Azərbaycan kişisinin mənim simamda qadınlara verdiyi dəyəriydi. Lakin buna baxmayaraq, həmişə ən ağır döyüşlərdə onların yanında olub, mənəvi dəstək verməyə çalışırdım. Mən də onlar üçün narahat olurdum. İstəmirdim oğlanlarımıza nəsə olsun. Axı onlar bizim nəslimizin davamçılarıdır.

1993-cü ildə onu Şuşa polisinə dəvət edirlər. 94-ün martında Daxili İşlər naziri Vaqif Novruzov onu Ağdərəyə azyaşlılar üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin edir. 98-ci ildən sonra Qaradağ rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsində baş inspektor vəzifəsində 12 il işləyir. Hazırda Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsində azyaşlılar üzrə inspektordu.

- Mən çox istəyirəm ki, polisdə qadınlar çox olsun. Saxlanılan insanların hamısı kişi deyil axı. Onların arasında qadın da olur. Bəzən o qadınlarla qadın kimi danışmaq, məsləhət vermək lazım olur. Bəzən o qadınların bir qadınla söhbət etməyə ehtiyacı olur. Bir dəfə mağazada müğənni Elnarə məni gördü və çox təəccübləndi: “A, Azərbaycanda da qadın polis var?”. Mənə çox qəribə gəldi ki, yəni indiyə qədər qadın polis görməyib?

“İnsan hər bir şeyi bacarmalıdı”

- Qadın, ya kişi fərqi yoxdur, insan hər bir şeyi bacarmalıdır. Boş vaxtlarımda ağaclara qulluq etməyi sevirəm. Şeir oxuyuram, mütaliə edirəm. Bugünlərdə vətənpərvər ruhda yazılmış “Ey Türk oğlu, qalx ayağa” adlı ilk şeir kitabım işıq üzü görüb.

Mayor xanımdan analara məsləhət

- Analarımız oğul övladlarını mərd, cəsur, qorxmaz, vətənə və cəmiyyətə layiqli bir şəxsiyyət kimi böyütsünlər, tərbiyə etsinlər. Çünki vətənimizin gələcəyi məhz belə övladların çiyinlərində yürüyəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Bərdədə gənc qadın zəhərləndi

    Bərdədə gənc qadın zəhərləndi ...

    6-03-2016, 19:56

  • 
  • Mehriban Əliyevanın ad günüdür

    Mehriban Əliyevanın ad günüdür ...

    26-08-2013, 10:56

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (347)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu