Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 162-1-ci maddə əlavə edilir:
“Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 162-1.2. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.”
Sorğu
Yeni dizaynımız necədir?