Milli Məclis bu günki sessiyasında Vergi Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə edilib. Sənəd barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilən dəyişikliyə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?