Gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edən və evini fahişəxanaya çevirən kişi saxlanılıb
Hadisə Bakıda 53 yaşlı kişinin yaşadığı evi əxlaqsızlıq yuvasına çevirməsi faktı aşkarlanıb. 1961-ci il təvəllüdlü, Bakı sakini Teymur Qulu oğlu İmanovun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi və evini fahişəxanaya çevirməsi barədə məlumat daxil olub.
Məlumat daxil olan kimi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyata başlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat öz təsdiqini tapıb. Evini fahişəxanaya çevirən kişi saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?