Rusiyanın “Lenta.ru” saytı keçmiş SSRİ məkanı ölkələrinin ordularından bəhs edən fotoreportaj rubrikasının növbəti materialında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin hərbi birləşməsinə özəl yer ayırıb. Ənənəvi rubrikanın ən son materialı “Müharibədə sınanalar. Keçmiş SSRİ ölkələrinin orduları: Ermənistan və Dağlıq Qarabağ” başlığı altında verilib.
Fotoreportajı müşayiət edən yazıda “Dağlıq Qarabağ ordusu”nun bu bölgəni və onun ətrafındakı rayonları nəzarət altında saxladığı bildirilir. Qeyd olunur ki, “Dağlıq Qarabağ Respublikası” faktiki müstəqil dövlətdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?