Fransadakı "Petit Fute" məlumat mərkəzi öz nəşrinin 6-cı sayını Ermənistana həsr edib. Turistlər üçün nəzərdə tutulan nəşrin həmin sayında Dağlıq Qarabağ bütövlüklə Ermənistan ərazisi kimi təqdim edilib.
Dağlıq Qarabağ haqqındakı bölmədə orada turizmin inkişafı ilə bağlı məlumat yerləşdirilib.
Həmçinin Ermənistan-Azərbaycan hərbi münaqişəsindən və ATƏT-in danışıqlardakı rolundan bəhs edilib.
Bundan başqa, Dağlıq Qarabağa səfər edəcək turistlərə Xankəndi, Şuşa, Əsgəran qalası və bir sıra yerlərə getmək məsləhət görülüb.
Məlumat kitabçasında tanınmamış Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert (Xankəndi) haqqında da məlumat yerləşdirilib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?