Məlumata əsasən Lerik rayonu ərazisində magistral yolun kənarındakı dağ iş adamlarından birinə satılıb. Məlumatda bildirilir ki, rayonun əsas magistral yolu olan və əsasən dağətəyi zonada yerləşən yolun kənarındakı dağ örtüyü satılıb. Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, əslində Lerikdəki həmin dağ zəngin asfalt örtüyü ilə örtülüb. «Bu yolun kənarındakı dağ örtüyü rəsmən satın alınıb. İndi qış ayı olduğu üçün orada iş yoxdur. Amma rəhbərlik bizə deyir ki, dağı uçurun. Dağın başında ekskavator oturub dağı sökür. Yol bağlanır və biz də yolu açırıq. Bunu ona görə edirik ki, yol bağlanmasın və bizim şirkətin də orada olduğunu rəsmən göstərə bilək. Yay aylarında asfalt çəkilişiləri zamanı müdirimiz küllim miqdarda pul qazanacaq. Bu dağ örtüyünün alınması üçün ekalogiya nazirliyindən razılığı rayonun icra hakimiyyəti alıb» deyə həmsöhbətimiz bildirdi.
Qeyd edək ki, Lerikdə yolun kənarındakı dağı satın alan və bilərəkdən yolu dağıdan şirkətin də iş adamının da adı bizə bəllidir. Yaxın günlərdə həmin ərazidən fotolarla reportajımızı təqdim edəcəyik. Eyni zamanda həmin ərazidə hansı iş adamının imitasiya ilə məşğul olmasına dair məlumatları təqdim edəcəyik. Bizi izləyin. GUNDEMİNFO.AZ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?