Ötən gecə saat 21:26 radələrində Bakının Xəzər rayonu ərazisində mənzilə girən oğrular ev sahibini bıçaqlıyıblar. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, Şüvəlan qəsəbəsi ərazisində 63 yaşlı Malik Həşimova məxsus bağ evi qarət olunub.
Oğrur evə pəncərədən daxil olub. Bu zaman M.Həşimov evdə tək olub. Oğruya mane olmağa çalışıb. Lakin onu qarın nahiyyəsindən bıçaqlayan naməlum şəxs mənzildə olan qiymətli əşyaları və pulu götürüb. Naməlum şəxs mənzildən qaçıb.
M.Həşimov yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda polis evi qarət edərək, sahibini yaralayan şəxsin axtarışlarına başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?