Qonşusunun şikayəti əsasında polisə çağrılan gənc özünə elə Polis İdarəsinin girişində xəsarət yetirib
Hadisə Bakıda özünü bıçaqlayan 26 yaşlı kişi barədə bəzi təfərrüatlar məlum olub. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ötən gecə saat 22:24 radələrində 1988-ci il təvəllüdlü Anar Rəsulov bölməyə girərkən özünü bıçaqlayıb. Qarın nahiyyəsindən bıçaq xəsarəti alan A.Rəsulov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil ağırdı.
Hadisə Anar Rəsulovun qonşusu İlqar Aslanovun şikayəti əsasında polisə çağrılması fonunda baş verib. İ.Aslanov qonşusu tərəfindən döyüldüyünə görə şikayət edib. Əvvəlcə polisin çağırışına əhəmiyyət verməyən, A.Rəsulov qonşunun ona şər atdığını deyib. Sonradan o, bölməyə gələrək, orada intihar etmək istəyib. Faktla bağlı araşdırma aparılır.
Saat 10:33 Ötən gecə saat 22:24 radələrində Bakının Səbail rayonu ərazisində 26 yaşlı kişi ağır bıçaq yarası alıb. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 26 yaşlı Anar Rəsulov ağır halda xəstəxanaya gətirilib. O, polisə verdiyi ifadə bildirib ki, özü özünə bıçaq yarası vurub. Lakin deyilənlərin həqiqətə uyğun olub-olmadığı hələlik qaranlıq qalır. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?