Bu sözləri “Axar.az”a açıqlamasında Sosial Müdafiə Nazirliyinin Mətbuat katibi Elman Babayev deyib.
O, Sosial Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun evindən oğurlanmış yarım milyon vəsaitlə əlaqədar olaraq heç bir şərh verməyəcəklərini bildirib: “Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Dediyiniz məbləğlə bağlı suala həmin adamın özü cavab verməlidir”.
Qeyd edək ki, bu gün Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə Sosial Müdafiə Mərkəzinin rəis müavini Oqtay Məmmədovun evindən oğurluq edilib. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinin yaydığı məlumatda oğurluq nəticəsində evdən 200 min dollar, 190 min manat və 150 min manatlıq qızıl-zinət əşyasının aparıldığı bildirilib.
Sorğu
Yeni dizaynımız necədir?