Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın xeyrinə casusluq etmək istəyən keçmiş polis əməkdaşının bu cəhdinin qarşısını alıb.
AzNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sabiq polis əməkdaşı, 60 yaşlı İrəvan sakini Xaçik Yegişeviç Martirosyan ifşa edilib.
Ermənistan MTN-nin məlumatına görə, Martirosyan 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edib. O, Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirərək bunun üçün müəyyən məbləğ tələb edib.
Razılaşmaya görə, keçmiş polis əməkdaşı hərbi xarakterli informasiyaları Azərbaycan xüsusi xidmət orqanlarına ötürməli imiş. Ancaq ilk cəhddə o saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?