Ermənistanın “Daxili Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıdan siyasi sığınacaq istəyib.
gundemxeber.az xəbər verir ki, bu barədə "İnterfaks"a Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
“Gürcüstanlı həmkarlarımın mənə verdikləri məktubda bildirilir ki, Vaan Martirosyan və onun xanımı döyülüblər. İnsident nəticəsində hamilə qadın uşağını itirib”,- deyə N.Cəfəroğlu qeyd edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə saxlayıb və onlar erməni müxalifətçiyə sığınacaq veriblər.
N.Cəfəroğlu əlavə edib ki, cümə günü Bakıda V.Martirosyan və xanımının iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ermənistan KİV-lərinin məlumatına görə, V.Martirosyan və xanımı avqustun 15-də hakim Respublika Partiyasının parlament fraksiyasının deputatı Mqer Sedrakyanın yaxınları və mühafizəçiləri tərəfindən döyülüb. Bununla əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə cinayət işi açılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?