AZAL Dövlət Konserni Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunun yeni binası üçün “hörümçək” kimi tanınan iki unikal “Falcon FS290” və “Falcon FS320Z” lifti alıb.
Liftlərdən biri 29, digəri 32 metr hündürlüyündədir. “Falcon FS290” liftinin 200 dərəcə fırlana bilən iki hissədən ibarət qanadları 14 metr açılır, açılan platformaya malikdir, yanlarından açılan şassilər onu istənilən yerdə istifadə etməyə imkan verir. Bu zaman təkərlərin izləri qalmır.
Digər liftin qanadları isə 15 metr açılır və açıldıqdan sonra da 200 kiloqram yükü 10 metr hündürlüyə qaldırmağa imkan verir.
Liftlər terminalın üst qatında ticarət-əyləncə meydançalarına yükləri qaldırmaq üçün istifadə olunacaq. Liftləri Danimarkanın “TCA Lift” şirkəti satıb.
Virtualaz.org saytının xəbərinə görə, şirkətin satış meneceri Brayan Falk Şmidt deyib ki, liftlər unikal keyfiyyətlərinə, dual qidalanma sisteminı və ikiqat qanadına görə seçilib. Bu keyfiyyətlər liftlərin üçbucaq formasında, kənarları yuvarlaq binalarda və şüşə damlarda istifadə olunması üçün ideal imkanlar yaradır. Liftlərin AZAL-a neçəyə satıldığı məlum deyil.
Bakı Beynəlxalq Aeroportunun yeni terminalının rəsmi açılışı olub, lakin binada son tamamlama-konstruksiya işləri gedir. Terminalın istifadəyə verilməsi aeroportun sərnişin qəbul edib yola salma imkanlarını dəfələrlə yaxşılaşdıracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?