Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib. Bir neçə dəqiqə əvvəl təhlükəsizlik xidmətinin əməkdaşları həmin şəxsin diqqətini yayındıraraq zərərsizləşdirə biliblər.
* * * 22:17
Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. 110 nəfər sərnişini olan təyyarəni sərnişinlərdən biri üstündə bomba olduğunu deyərək Soçiyə istiqamətləndirmək istəyib. Həmin şəxsin Ukrayna vətəndaşı olduğu bildirilir.
Pilot mərkəzə xəbər verdikdən sonra Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb. Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.
Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir.
Təyyarə Türkiyənin “Pegasus” şirkətinə məxsusdur. Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.
Türkiyənin Doğan Xəbər Agentliyinin xəbərinə görə, təyayrənin pilotlarından biri olan İlyas Karagülle "yaxşıyıq" mesajını verib.
Xatırladaq ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?