GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Orduda namaz qadağası

Orduda namaz qadağası

Tarix: 8-02-2014, 00:09 Bölmə :Ölkə Baxış: 899
  Orduda namaz qadağası
Azan qağan olundu. Hicab qadağan olundu. Namaz qadağan olundu. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanda belə anormal qərarlar daima olub. Dini baxımdan bunu eləyənlərin hansı günaha girdiyini anlamaq elə də çətin deyil. Lakin nəzərə alsaq ki, dünyəvi bir ölkədə yaşayırıq, problemə məhz insan haqları prizmasından yanaşmaq lazım gəlir. Bakıda azanın səsgücləndirici vasitəsilə səsləndirilməsinin qarşısının alınması, orta və ali məktəblərdə hicab geyinilməsinin qadağan olunması, hicablı və ya saqqalı pasport fotolarının çəkilməsinin yasaqlarla üzləşməsindən sonra növbə namaza çatdı. Artıq uzun illər idi ki, qeyri-rəsmi şəkildə dövlət qurumlarında namaz qılmaq, oruc tutmaq və digər dini ritualların həyata keçirilməsi yasaqlanmışdı. İndi isə Müdafiə Nazirliyi hərbi hissələrdə namaz qılmağın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Absurd qərarın hansı fəsadlara gətirib çıxarda biləcəyinə nəzər salmaqdan öncə onu vurğulamaq lazım gəlir ki, dini ritualların icrasının qadağan olunması ölkə qanunlarına və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir.
Azan, hicab, fotoşəkillər və namazla bağlı verilən qərarlar insan hüquq və azadlıqlarının kobudcasına məhdudlaşdırılması anlamına gələ bilər.
Azərbaycan dini etiqad azadlığının təmin olunması ilə bağlı öhdəliklər götürüb və ölkə qanunlarında bu müddəa öz təsdiqini tapıb.
Görünən budur ki, hakimiyyət dini icmaların radikallaşması üçün əlindən gələni edir. Məscidlərin sökülməsi və bağlanması fonunda dini ayinlərin demək olar ki, hamısının qadağan edilməsi, ayrı-ayrı inanclı insanlara məxsus olan ticarət obyektlərinin mülkiyyətçinin əlindən alınması, ifrat sekulyarlıq ilə inanclı kəsimin arasında süni şəkildə qarşıdurma yaradılmasının nələrə gətirib çıxarda biləcəyini ehtimal etmək elə də çətin deyil. Bütün bunlar fonunda Quranın ərəbcə oxunmasının qarşısını almağa ən yüksək səviyyədə edilən çağırışlar onsuz da narahat olan dini mühiti daha da dalana sürükləyir. Bu azmış kimi, məzhəblərarası ədavət qızışdırılır. Dini ayinlərin hətta məscidlərdə belə icrasının qadağan olunması çağırışları olduqca qorxulu ssenarilərdən xəbər verir.
Dini mühitin radikal obrazda təqdim olunması, inanclı kəsimin sərt addımlara sövq edilməsi son nəticədə hakimiyyətin özünü tələyə sala bilər.
Bütün bunlar yəqin ki, bir məqsədə xidmət edir – hakimiyyət özünü yeganə dünyəvi həyat tərzinin tərəfdarı kimi təqdim edir, iqtidardan yıxılacağı təqdirdə ölkədə radikal islamçıların fəallaşa biləcəyi təsəvvürünü formalaşdırır.
Hakimiyyətin dini müstəvini daraltması o dərəcədə artıb ki, artıq inanclı insanların iqtidar və müxalifəti inkar etməkdən, hamıda düşmən görməkdən başqa yolu qalmayıb. Əgər, iqtidar hamını “islam əcinnəsi” ilə qorxutmaq, özünü yeganə sekulyar həyat tərzinin daşıyıcısı kimi göstərmək niyyətindədirsə, bu ssenarinin reallaşdırılması üçün mütləq qan axıdılmasına nail olmalı, məzhəblərin qanlı toqquşmalarına səbəb olacaq addımlar atmalıdır.

Lakin hakimiyyət ideoloqları unudurlar ki, mötədil inanclı kəsimi ləğv etdikdən sonra onların qarşısına radikal təbəqə çıxacaq. Bu isə daha irimiqyaslı toqquşmaların xəbərçisi hesab oluna bilər.

Nəzərə alsaq ki, Azərbaycandakı bəzi dini icmalara xarici ölkələrin təsirləri az deyil, baş verəcəklərin miqyasını indidən təxmin edə bilərik. Dini təbəqənin radikallaşdırıldığı, elementar ayinləri icra etməkdən məhrum edildiyi bir zamanda isə ölkəni terror dalğası bürüsə, bunun məsuliyyəti ilk növbədə zərgər dəqiqliyi tələb edilən yerdə balta ilə işləyən hakimiyyətin üzərinə düşəcək.
Hakimiyyətin ən böyük səhvlərindən biri dini sahədə maarifləndirməni qadağan etməsi oldu. Məhz yetərincə dini bilgisi olmayanlar radikalların toruna düşə bildi. Radikallığa qarşı mübarizədə maarifləndirmə əsas götürülməlidir. Əks təqdirdə, ölkə poliqona çevrilə bilər.

Namazı və dini ayinləri qadağan edənlər anlamalıdırlar ki, bu, onsuz da alınmayacaq. Allahın yaratdığı ən ali varlığın psixologiyası elədir ki, qadağalar həmişə insanı onları pozmağa vadar edir.
Daha doğrusu, insan özü cəhd edir ki, qadağa pərdəsinin altında nə yatdığını görmək üçün “yasaq olunmuş meyvəni” dadsın.

***

Bir neçə il əvvəl əsgərlikdə olan bir dostum ezamiyyətə gəlmişdi. Göz yaşları içində danışdı ki, ona hərbi hissədə namaz qılmağa icazə verilmirdi. Əsgər hərbi paltarını ayaqyolunda yerə salaraq namaz qılırmış. Əsgər Azərbaycanda olduqca tanınmış bir ruhani xadimdən soruşmuşdu ki, üfunət dolu yerdə qıldığı namazı batildirmi ?
Ruhani xadimin cavabı çox qısa olmuşdu: “Sən ayaqyolunda qıldığın bir ilin namazının savabını bağışla mənə, mən ömrüm boyu etdiyim ibadətlərin savabını sənə hədiyyə edərəm”.

Qadağalara baxmayaraq, inanclı insana namazı yasaqlamaq mümkün olmamışdı. Bu gün yüzlərlə əsgər ayaqyolunda olsa belə, namaz qılacaq. Allah son aqibətimizi xeyirli eləsin...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Namazı qadağan etdilər

    Namazı qadağan etdilər ...

    16-06-2016, 13:00

  • 
  • Qısa ətək geyinmək qadağan olundu

    Qısa ətək geyinmək qadağan olundu ...

    23-12-2013, 00:17

  • 
  • Azərbaycanda falçılıq qadağan edilir - QƏRAR HAZIRLANIR

    Azərbaycanda falçılıq qadağan edilir - QƏRAR ...

    3-11-2015, 22:27

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı rəsmən qadağan olundu

    Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı ...

    15-01-2014, 13:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu