Dizdən yuxarı hər hansı paltar geyinən qadınlar həbs olunmalıdırlar.
Uqanda parlamentində qısa ətək geyinməyi qadağan edən qanun layihəsi qəbul olunub. Qanun təkcə qısa ətək geyinməyi yox, həm də həmin geyimdə olan qadınların videoyazılarını və fotolarını da qadağan edib.
Nəticədə Uqanda televiziyasının efirindən Qərb musiqi klipləri və filmləri də yoxa çıxa bilər. Qısa ətəyin qadağan olunması pornoqrafiya ilə mübarizə haqqında qanun layihəsinin bir hissəsi ola bilər. Layihənin təşəbbüsçüsü Uqandanın etika naziri Saymon Lokodo olub. O, 2013-cü ilin əvvəllərində bəyan edib ki, dizdən yuxarı hər hansı paltar geyinən qadınlar həbs olunmalıdırlar.
Uqandada sözün həqiqi mənasında mənəviyyat məsələlərinə qarşı fəaliyyəti sərt qanunlar kifayət qədərdir. Məsələn, bu Şərqi Afrika ölkəsində homoseksuallıq cinayət hesab olunur, hətta parlamentdə tez-tez belələrinə qarşı ölüm hökmü çıxarılması təklifi səslənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?