GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dilavər Əzimli: "Fəridə Məmmədova məsələsi ortalığa elə-belə atılmayıb" - SƏNƏDLƏR

Dilavər Əzimli: "Fəridə Məmmədova məsələsi ortalığa elə-belə atılmayıb" - SƏNƏDLƏR

Tarix: 10-02-2014, 13:08 Bölmə :Ölkə Baxış: 1 713
Dilavər Əzimli: "Fəridə Məmmədova məsələsi ortalığa elə-belə atılmayıb" - SƏNƏDLƏR

AMEA-nın Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudovla həmin İnstitutun tarix coğrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Fəridə Məmmədova arasında qarşılıqlı ittihamlar səngimir.

Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli iki tanınmış tarixçi alim arasında gedən bu bu davanı Azərbaycan tarix elmində gedən milli mücadilə adlandırıb.

Bununla bağlı Modern.az-a açıqlamasında Dilavər Əzimli qeyd edib:

“Bu gün Tarix İnstitutunda Türk mərkəzçilik konsepsiyası işləyir. Biz heç bir xalqa qarşı çıxmırıq. Çünki Türklük məfkurədir. Çoxlu sayda qeyri-türklər sayarıq ki, bu məfkurənin ideologiyaya çevrilməsində əvəzsiz xidmət göstəriblər. Türklük bütün xalqlara hörmət deməkdir. Azərbaycanda Türklük həmişə bu amala xidmət edib. Biz bu gün Türkün tarixini obyektiv yazmaqla digər xalqların da tarixini yazmış oluruq. Biz Türklər bu arealın daimi sakinləri olmuşuq. Bu arealdan ətrafa yayılmışıq. Türk həmişə bu arealın aborgenləri olub. Digər xalqlara da hörmətlə yanaşıb. Biz bunu ortaya qoyuruq. Biz Türkün tarixini türkə qaytarırıq. Bunu istəməyənlər xaricdə də, daxildə də çoxdur. Bu gün mənim Yaqub Mahmudovu müdafiəmin önündə bu dayanır. Yaqub Mahmudov sinəsini qabağa verib bu işləri bizə gördürür. Bu gün Tarix İnstitutu elmi meydana çevrilib. Azərbaycanın qədim şəhərlərinin tarixi tədqiq olunub. Bu günlərdə Elamla bağlı müdafiə uğurla keçdi. Qədim və Orta Əsrlər, Yeni və Ən Yeni tarix yeni konsepsiya əsasında tədqiq olunur. Bu gün fəxlə deyə builərik ki, Tarix İnstitunda müdafiə olunan dissertasiyalarda Türkün buranın daimi sakinləri olduğu əsaslandırılır”.

Dilavər Əzimli deyir ki, Fəridə Məmmədova məsələsi elə-belə ortalığa atılmayıb:

“Aldığım informasiyaya görə, bunu ortalığa atanlar yenidən Azərbaycan tarixini İqrar Əliyev dövrünə qaytarmağa çalışırlar. Bu təhlükəli bir məqsəddir. Bu gün Azərbaycan əslində Tükün, Türk elminin ən böyük və mühasirədə olan qalasına çevrilib. Azərbaycanda Türk sistemini sıradan çıxarmaqla bütün Türk sistemini zərərsizləşdirmək olar. Baxın, bu nə vaxt ortaya atıldı? Ümumtürk tarixi yaratmaqdan ötəri Türk dövlətlərinin alimlərindən ibarət Komissiyanın yaradılmasından sonra. AMEA-da institut rəhbərlərinin seçkisi ərəfəsində. Dəyərli alim və Türk tarixçilərinin yenilməz rəhbəri Yaqub Mahmudovun 75 illiyi ərəfəsində. Bizim əleydarlarımız yaxşı fikirləşib. Türk elmi sistemini məhv etmək üçün Yaqub Mahmudovu zərərsizləşdirmək lazımdır”.

Dilavər Əzimli sual edir ki, nəyə görə F.Məmmədova on il idi susurdu və indi fəaliyyətə keçdi:

“O Fəridə ki, onun yazdıqları Türk sisteminə qarşıdır. Ermənilərə qarşı mübarizə altında gizlənərək, Türk sisteminə zərbələr vurub və vurmaqda davam edir. Onun elmi rəhbəri K.N.Yüzbaşyandır. Opponentləri isə S.T.Yeremyan və V.L.Qukasyandır. Elmi rəhbəri erməni olan bu insan bizə öz “sevgisi”ni əsərlərində yaxşı ifadə edib. Çox təəssüf ki, çoxları bilmədən onu müdafiə edir. Onun əsərlərini oxuyun. Kitabın arxasında verdiyi xəritələrə nəzər salın. Onda onu tanıyacaqsınız.

Bəli, bu gün mən Yaqub Mahmudlunu müdafiə edirəm və buna məhkumam. Çünki onu müdafiə etməklə Türklüyü müdafiə edirəm. Onu müdafiə etməklə Türk tarixini müdafiə edirəm. Biz bu tarixə artıq sahib çıxmışiq. Bu yolda heç kəs bizə mane ola bilməz. Çünki HAQQ bizimlədir!

Yəqin ki, bu günlərdə Fəridə Məmmədovanın ANS TV-dəki müsahibəsinə baxdınız. O, beynəlxalq konfranslarda ermənilərə qarşı mübarizə apardığı, onlara tutarlı cavab verdiyini səsləndirdi. Yaxşı-yaxşı baxın: elmi rəhbəri və opponentləri erməni olan, onların məsləhəti və rəhbərliyi altında çalışaraq, dissertasiyasını hazırlayan kəs, onlara qarşı görəsən, necə mübarizə apara bilib?”

Dilavər Əzimli Fəridə Məmmədovanın 1971-ci ildə hazırladığı və hazırda AMEA-nın Mərkəzi kitabxanasında saxlanılan Avtoreferatı ilə tanış olmağı məsləhət görüb.

Avtoreferatda aşağıdakılar qeyd edilib:


АР

3879

АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР

Институт истории

Ф.Дж.Мамедова

«История Албан» Мовсэса Каганкатватци как

источник по общественному строю раннесредневе-

ковой Албании

(Специальность – 07.571 История СССР)

Автореферат

диссертации на соискание ученой степени

кандидата исторических наук

Научный руководитель-

кандидат исторических наук

К.Н.Юзбашян

Издательство «Элм»

Баку – 1971




Работа выполнена в Институте истории Академии

наук Азербайджанской ССР

Решением Ученого совета Института истории АН

Азербайджанской ССР официальными оппонентами

назначены:

1. Академик АН Арм.ССР, доктор исторических наук, профессор,

Заслуженный деятель науки Арм.ССР, С.Т.Еремян
2. Кандидат филологических наук В.Л.Гукасян
Защита диссертации состоится ……………1971 г.

Ученом совета Института истории Академии наук Азербайджан-

ской ССР (Баку-73, проспект Нариманова 31).
Автореферат разослан «6 августа 1971 года»



Ученый секретарь Института

Истории АН Азерб.ССР, кандидат исторических наук

Т.Т.Велиев



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • Tarix dərslikləri dəyişir

    Tarix dərslikləri dəyişir ...

    6-05-2015, 18:13

  • 
  • Azərbaycanın məşhur alimi vəfat etdi

    Azərbaycanın məşhur alimi vəfat etdi ...

    17-01-2014, 01:43

  • 
  • Azərbaycan tarixini erməni yazacaq

    Azərbaycan tarixini erməni yazacaq ...

    20-11-2013, 15:38

  • 
  • Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat edib

    Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat ...

    7-07-2016, 19:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu