Tarix elmləri doktoru, professor Süleyman Əliyarov vəfat edib. 18 dekabr 1930-cu ildə Karyagin (indiki Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gələn tarixçi alim S.Əliyarov bir neçə saat əvvəl dünyasını dəyişib.
Xatırladaq ki, S.Əliyarov Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954 də "Fərqlənmə diplomu" ilə bitirdikdən sonra Azərbaycan EA Tarix İnstitutunda 5 il çalışıb.
1989-2000 illərdə Milli Məclisin Yer Adları (Toponimiya) Komisyonuna başçılıq edib. 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komisyonu Rəyasət Heyətinin üzvü olub. 1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb.
S.Əliyarov Azərbaycan EA Tarix İnstitutu və 1959-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında çalışıb. Şərqşünas alim 150-dən çox elmi məqalə 7 monoqrafiya 8 kitab müəllifidir, 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.
Qeyd edək ki, S.Əliyarovun həyat yoldaşı Mira Əliyarova ötən ay dünyasını dəyişmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?