İstehsalatda bədbəxt hadisələr nəticəsində ötən il 71 nəfər ölüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, istehsalatda bədbəxt hadisələriun sayı azalıb. Buna baxmayaraq ötən il 120 nəfər iş yerində baş verən qəza nəticəsində xəsarət alıb.
“İstehsalat qəzalarının tikinti sektoruna aid göstəricilərində azalma müşahidə edilib. Ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər ölüb, 28 nəfər xəsarət alıb” - deyə nazirlik rəsmisi bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?